YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız üçün həmişə əzizdir

“Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyası zəngin məzmuna və böyük təsir gücünə malik olması ilə xüsusi əhəmiyyət kəsb edir”. Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər tarixin ən intensiv mərhələsi kimi yadda qalıb. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş zirvəsi adlandırmaq, bəlkə də daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz bu zaman kəsiyində Heydər Əliyev fenomeni Azərbaycanın malik olduğu bütün intellektual və insani potensialı, təbii resursları, bir sözlə, milli gücü özündə cəmləyib, ölkənin sürətli tərəqqisinin qüdrətli amilinə çevirib.

“Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulu Onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaqdır. Lakin Heydər Əliyevin xalqa xidməti anlayışı kifayət qədər tutumlu olduğundan onun dərindən tədqiqinə ehtiyac var. Həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu öndərimizin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq əhəmiyyətli keyfiyyət dəyişilikləri ilə müşaiyət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü biruzə verir. Bu baxımdan, hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə də aşılamaq olduqca vacibdir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparlır.  Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız üçün həmişə əzizdir və Heydər Əliyev ideyaları əbədidir”-deyə, akademik vurğulayıb.