YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistanın özündə ölkənin gələcəyinə inanmırlar

Sürətlə dəyişən dünyada terrorçuluğun, xarici təhdidlərin, münaqişələrin artması fonunda beynəlxalq təhlükəsizliyin təmin olunması vacib məsələdir və bunun həlli üçün regional dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası səy göstərir.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 5-ci Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, həll olunmamış çoxillik münaqişələr regionun sabitliyi və təhlükəsizliyinin qorunmasına mane olur:

“Dağlıq Qarabağ münaqişəsi hələ də Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunmasına əsas təhdiddir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrinə baxmayaraq, Ermənistanın işğal siyasəti davam edir. Bununla belə, Ermənistanı özgə torpaqları işğal altında saxlamaqla ölkə daxilində heç bir nailiyyət əldə etməyib. Ölkə bu gün miqrasiya, yoxsulluq, işsizlik və bunun nəticəsi olaraq zəif iqtisadiyyat və aşağı sosial göstəricilərə görə ön sıralardadır”.

E.Məmmədyarov bildirib ki, Ermənistanın hər hansı bir dayanıqlı inkişafa nail olacağı barədə danışmaq yersizdir:

“Ölkədə vəziyyət elədir ki, artıq Ermənistanın özündə gələcəyə inanmırlar. Əhalinin ölkəni sürətlə tərk etməsi də bununla izah olunur".

Nazirin sözlərinə görə, Ermənistanda müəyyən mənada erməni diasporunun dəstəyinə ümid edirlər, amma yalnız bu diasporun vəsaitləri hesabına dayanıqlı inkişafı təmin etmək qeyri-mümkündür:

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıyıq və hesab edirik ki, bu məsələ beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır”.