YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxması münasibətilə Əlahəzrət Naruhitoya təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib. “Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev İmperator Naruhitoya möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.