YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Ermənistan danışıqların imitasiyası ilə məşğuldur

«Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın fikirləri növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib».  Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, Ermənistan sülh istiqamətində addım atmaq istəmir. Onun sözlərinə görə, işğalçı dövlət danışıqların imitasiyası ilə məşğuldur.

«Ermənistan xarici işlər nazirinin açıqlamaları beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib. Bunun üçün də Ermənistanın və ATƏT-in Minsk qrupu həmsədrlərinin eyni mövqedən çıxış etdiyinə dair açıqlamalarla çıxış edir. Bu, yanlış məlumatdır. Məqsəd Ermənistanı beynəlxalq ictimaiyyətin təzyiqlərindən sığortalamaqdır»- deyə, komitə üzvü qeyd edib.