YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair” illik məlumatında qeyd edilib.

Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin 2018-ci ildə başa çatması nəzərə alınaraq, insan alverinə qarşı mübarizənin davamlılığının təmin edilməsi üçün 2019-2023-cü illəri əhatə edən yeni fəaliyyət planı hazırlanıb. Aidiyyəti dövlət orqanlarının təklifləri əsasında hazırlanmış layihənin ilkin variantı 67 tədbirdən ibarətdir.

Sənəddə insan alverinə qarşı mübarizədə səlahiyyətli dövlət orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işi, cinayət təqibi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. mühüm məsələlər əksini tapıb.