YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçmiş “Nida”çı Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etmişdir

Radikal müxalifət partiyalarında təmsil olunan bir qrup gəncin formalaşdırdığı “Nida” təşkilatının artıq keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmişdir.

Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirmiş və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulamışdır.

Keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum” – deyə, qeyd etmişdir.

Qeyd edək ki, Keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən  azadlığa buraxıldıqdan dərhal sonra Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirmişdir.  

DİGƏR Xəbərlər Arxiv