YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lavrov və ATƏT-in baş katibi Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.

Bu barədə Rusiya XİN məlumat verir.

Qeyd olunur ki, tərəflər T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində görüşüb:

“Danışıqlar zamanı ATƏT-in Avro-Atlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib”.