Xəbərlər
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi haqqında Fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzaladı.