YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir

Bakıda SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumu keçirilir.

Tədbirdə Azərbaycan, Avropa və Mərkəzi Asiyanın neft-qaz sektorundan 300-dək nümayəndə iştirak edir.

Forum iştirakçıları Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstanın enerji sahəsinin inkişafı, SOCAR-ın Türkiyədəki neft emalı və neft-kimya klasteri, neft emalı zavodu üçün yeni texnologiyalar, regional qaz layihələri, 2019-cu ildə qlobal karbohidrogenlər bazarında mümkün disbalanslar, regionda yeni yataqlar və onların ticarət axınına və ixrac marşrutlarına təsiri, qlobal kontekstdə Xəzər və Mərkəzi Asiya nefti və digər məsələləri müzakirə edirlər.