YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Prezident İlham Əliyevin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı böyük əhəmiyyət kəsb edir

“Prezident İlham Əliyevin  Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı böyük əhəmiyyət kəsb edir”. Bu fikri BDU-nun professoru Anar İsgəndərov deyib.

 A.İsgəndərov bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai fikri tarixində dərin iz qoyub. Onun sözlərinə görə, XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycan tarixində Əhməd bəy Ağaoğlunun əvəzsiz xidmətləri olub.

“Eyni zamanda o, Türkiyə Cümhuriyyətinin qurulmasında və  inkişafında mühüm rolu olan şəxsiyyətdir. Əhməd bəy Ağaoğlu “Difai”ni yaratmaqla anlayırdı ki, ermənilərin Azərbaycan xalqına qarşı hansı niyyətləri var. AXC-nin 23 aylıq varlığında, Azərbaycanın demokratik imicinin formalaşmasında, Qafqaz İslam Ordusunun çağırılmasında və digər hadisələrdə Əhməd bəy Ağaoğlunun fəaliyyəti olub. Bu gün Əhməd bəy Ağaoğlunun xatirəsini yad etmək, onun yubileyini keçirmək bütün Azərbaycan xalqının uğuru və sevincidir”-deyə, A.İsgəndərov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv