YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Dövlət başçısının fərmanı həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir

“Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanında ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliyinin artırılması məqsədilə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi mühüm şərt kimi əksini tapıb”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.

E.Quliyev  bildirib ki, Fərmanda mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının səmərəliliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərin Prezidentə təqdim edilməsi nəzərdə tutulur.

 “İmzalanan Fərman həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm “yol xəritəsi”dir. Məlumdur ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirilib. O cümlədən, qanunvericilik təkmilləşdirilib, müvafiq dövlət proqramları  qəbul edilib, ədalət mühakiməsinə əlçatanlıq asanlaşdırılıb. Hesab edirəm ki, sözügedən Fərman da bu sahədə islahatların dərinləşdirlməsi baxımından müstəsna əhəmiyyət daşıyır”-deyə, deputat qeyd edib.