YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqoda keçirilən İpək Yolu Konfransında ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən danışılıb

Aprelin 3-də ABŞ-ın Çikaqo şəhərin yerləşən İllinoys Texnologiya Universitetində Mərkəzi Asiya Məhsuldarlıq Tədqiqatları Mərkəzinin (CARPC) təşkilatçılığı və İllinoys Ticarət Palatasının dəstəyi ilə 15-ci İpək Yolu Konfransı keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin də qatıldığı tədbirdə Türkiyə, Qazaxıstan, Pakistan, Çin və İndoneziyanın bu ölkədəki diplomatları, Çikaqo şəhərinin işgüzar və akademik dairələrinin nümayəndələri, tədqiqatçılar, region ölkələrini təmsil edən ticarət birliklərinin təmsilçiləri iştirak ediblər.

CARPC-nin sədri professor Harri Lepinske tədbirdə çıxış edərək İpək Yolu Konfransı ideyasının 19 il əvvəl Azərbaycanın gözəl guşəsi olan Naxçıvana səfəri zamanı ağlına gəldiyini və konfransın məqsədinin tarixi İpək Yolu üzərində yerləşən ölkələr barədə biliklərin artırılması, bu ölkələrin iqtisadi inkişafı və regional təşəbbüslər, həmçinin ticarət-investisiya imkanları barədə ABŞ ictimaiyyətinin və işgüzar dairələrin məlumatlandırılması olduğunu bildirib.

Tədbirdə geniş təqdimatla çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Orxan Zeynalov ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitindən danışıb. O, Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələrində ABŞ şirkətləri üçün gözəl əməkdaşlıq və investisiya imkanlarının olduğunu qeyd edib.

Konfransdan sonra təşkil edilən ziyafətdə Azərbaycan mahnıları ifa olunub.