YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 Mart münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.