YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Teatr və kino sahəsinə diqqətin artırılması Azərbaycan mədəniyyətinin inkişafında yeni dönüş mərhələsinin başlanğıcıdır

“Prezident  İlham Əliyevin Azərbaycan teatr və kino xadimləri ilə görüşü, onların qaldırdığı məsələlərə həssaslıqla yanaşması bir daha ölkə başçısının mədəniyyət sahəsinə göstərdiyi qayğının nümunəsidir. Dövlətimizin başçısı hər zaman mədəniyyətimizin kino və teatr sahəsini diqqətdə saxlayıb. Teatr binalarının yenidən qurulması, bərpası, mədəniyyət, kino və teatr xadimlərinə fərdi və Prezident təqaüdlərinin verilməsi buna misaldır”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Prezident  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın martın 1-də ölkəmizin aparıcı mədəniyyət xadimləri, incəsənət nümayəndələri ilə görüşü dövlətin, ölkə rəhbərliyinin bu sahəyə diqqətinin, qayğısının göstəricisidir. Onun sözlərinə görə, cənab Prezident bu görüşdən sonra Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı.

“Teatr və kino sahəsinə diqqətin artırılması Azərbaycan mədəniyyətinin inkişafında yeni dönüş mərhələsinin başlanğıcıdır. İmzalanan  sərəncamlar yeni avadanlıqların alınmasına, teatr və kinostudiyalarımızın maddi-texniki təminatının yaxşılaşdırılmasına, eləcə də yeni-yeni tamaşaların, ekran işlərinin ərsəyə gəlməsinə yardımçı olacaq. Bu sərəncamlardan, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərdən sonra gənc teatr və kinoşünasların, aktyorlarımızın yetişməsi üçün yeni qapılar açılacaq. Ölkə başçısının teatr və kino sahəsinə belə bir diqqət sərgiləməsi cəmiyyətimiz tərəfindən də alqışlanır. Bundan başqa, cənab Prezident “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” da sərəncam imzaladı. Bütün bunlar dövlətin və ölkə rəhbərliyin hər zaman mədəniyyətimizin keşiyində dayandığının göstəricisidir”-deyə, deputat qeyd edib.