YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının tədbirlərində fəal iştirak edir

«Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının tədbirlərində fəal iştirak edir». Bu fikri yap.org.az saytına AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövşər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, ümumiyyətlə, İƏT-nin məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq siyasi, iqtisadi və mədəni əməkdaşlıq yaratmaq, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə, yekdil fəaliyyət göstərməkdir. Onun sözlərinə görə, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra keçmiş sovetlər birliyinin müsəlman respublikaları arasında birinci olaraq İƏT-ə üzv qəbul olunmaq üçün müraciət edib və 1991-ci ilin dekabrında bu təşkilata qəbul olunub.

«Bundan sonra ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilat ilə fəal əməkdaşlıq münasibətləri qurub, təşkilat tərəfindən Azərbaycanın haqq işini dəstəkləyən bir sıra qətnamə və bəyannamənin qəbul edilməsinə nail olub. Ölkə Prezidenti İlham Əliyevin də xarici siyasətində Şərq amili daim önəmli yer tutub, islam ölkələri və İƏT ilə münasibətlər yüksələn xətlə inkişaf edib. Bunu ölkə başçısının islam ölkələrinə müntəzəm səfərləri, bağlanan çoxsaylı müqavilələr, İƏT-in yığıncaqlarında fəal iştirakı və bu təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qərar və qətnamələri təsdiq edir. Azərbaycan bu təşkilat çərçivəsində çox fəal siyasət həyata keçirir»- deyə, G.Baxşəliyeva qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv