YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silah və sursatla təchiz olunmuş, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi qurumdur.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev xidmətin Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimindəki çıxışında deyib.

E.Quliyev bildirib ki, qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunmuş ən ciddi nailiyyətlərdəndir.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin və müdafiəsinin təmin edilməsi sahəsində əldə olunan bütün nailiyyətlər, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhədçilər üçün lazımi xidməti və məişət şəraitinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali dəstəyinin, sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi qayğısının nəticəsidir. Hər bir hərbi qulluqçumuzun hiss etdiyi bu ali münasibət bizim üçün həm böyük şərəf, həm də daha böyük məsuliyyətdir.

Qəlbində vətənpərvərlik və Ali Baş Komandana sadiqlik hisslərini daim yaşadan Azərbaycan sərhədçisi hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni Azərbaycana xidməti ilə qürurludur.

“Ötən ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrini almağımız hər birimizə qürur hissi yaşadıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhədçisinə etibar və etimadının növbəti ifadəsi olub. Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olunub, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işləri tam yekunlaşdırılacaq. Bu gün dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqəti, döyüş ruhu, vətənpərvərliyi, düşmənə isə nifrəti hədsiz və hüdudsuzdur. Əminəm ki, ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımız düşmən tapdağından azad ediləcək”, - deyə E.Quliyev bildirib.