Xəbərlər
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.