YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məryəm Məcidova: Bu gün ölkə gəncliyi inkişaf edir və yaradılan böyük imkanlar yeni uğurlara yol açır

“Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə gənclərin inkişafı, onların asudə vaxtının səmərəli təşkili və beynəlxalq aləmə inteqrasiyası üçün hər cür şərait yaradılıb”. Bu fikirləri Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova deyib.

M.Məcidova bildirib ki, Azərbaycan gəncliyi həmişə kreativ ideyaları ilə fərqlənir. Bu gün ölkə gəncliyi inkişaf edir və yaradılan böyük imkanlar yeni uğurlara yol açır.

“Biz tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır. Ümummilli liderimiz Heydər Əliyev öz zəngin təcrübəsi, nüfuzu və dahilərə xas zəkası ilə gələcəyimiz üçün güclü əsaslar yaradıb. Azərbaycan 28 ildir ki, müstəqil dövlətdir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin bu il 25 ili tamam olur. 25 ildir ki, Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətinin qorunması yolunda daha ciddi addımlar atmaqdadır. Biz beynəlxalq tribunalarda çıxış edərkən “Mən müstəqil Respublikanın vətəndaşıyam”, - deyə özümüzü təqdim edirik. Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində biz gənclər Azərbaycanın inkişafı və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırırıq. Əminliklə deyə bilərəm ki, bundan sonra da belə olacaq”-deyə, M.Məcidova qeyd edib.