YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Ölkəmizin sürətli inkişaf, tərəqqi dövrünün şanlı tarixi yazılır

“Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan, dəqiq hədəflərə hesablanan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın uğurla icra edilməsi yeni perspektivlərə yol açıb. Birinci Dövlət Proqramını təsdiq edilməsindən keçən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət nəticəsində ölkəmiz özünün sürətli inkişaf, tərəqqi dövrünü tarixə yazdı. 15 il əvvəl başlayan regionların sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq mərhələsi qısa zaman kəsiyində kənd və şəhərlərimizin simasını nəzərəçarpacaq dərəcədə dəyişdi, bölgələrimiz başdan-ayağa gözəlləşdi, vətəndaşların güzəranı, maddi-rifal halı günü-gündən artdı. Çevrilib arxaya, 15 il əvvələ- birinci dövlət proqramının qəbul edildiyi zamanlara nəzər salsaq və bu günümüzlə müqayisə etsək böyük fərqin şahidi olarıq.” Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib. 

Naqif Həmzəyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət son 15 il ərzində ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına, 2 milyon yeni iş yeri yaradılmasına, biznes mühitinin yaxşılaşdırılması gətirib çıxardı: “Ölkənin sənayeləşməsində, sahibkarlığın inkişafında, iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorunda böyük addımlar atıldı.

Beləliklə, bu illər ərzində 3 Dövlət Proramının icra edilməsi nəticəsində əldə edilən uğurlar, nailiyyətlər ölkənin davamlı inkişafı təmin etdi, insanların rahat yaşamasını, şəhərlə kənd arasındakı fərqi aradan qaldırdı.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda cənab İlham Əliyevin xüsusi ilə vurğuladığı kimi proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur.”

Naqif Həmzəyev  “Lakin əldə edilən uğurlara, nailiyyətlərə baxmayaraq hər zaman vətəndaşların yanında olan, onların dərd-sərinə şərik olan, 15 il ərzində xalqa xidmətin parlaq nümunəsini nümayiş etdirən cənab İlham Əliyev hələ də həll olunmamış məsələlərlı bağlı narahatdır: “Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq”.

Məhz, xalq bunun üçün Prezidentinin yanındadır və tam əmindir ki, bundan sonra da cənab İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik müstəqil Azərbaycanı daha parlaq gələcəyə aparacaq.”-deyə, bildirdi.