YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Radikal müxalifətin “mitinq” keçirmək məqsədi iğtişaş yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır

Radikal müxalifətin “mitinq” keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. /Trend/

Ə.Hüseynli bildirib ki, 2008-ci ildə “Sərbəst toplaşmaq haqqında” qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: “Hüquq-mühafizə orqanları da asayışı pozmaq istəyənlərlə bağlı məsələnin öhdəsindən gəlir. Bunda başqa, 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrumetmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var. Buna görə də qanunvericiliyə yenidən baxmağa ehtiyac var”.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sədri söyləyib ki, buna baxmayaraq radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar: “Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa və Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər onlar zamanında öz yaşadıqları ərazini qoruya bilsəydilər, bu qədər şəhid verməzdik. Naxçıvan blokadada olsa da, ulu öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar heç öz kəndlərini belə qoruya bilmədilər”.