YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Yanvarın 11-də  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Oxu!” sənədli filminin təqdimatı keçirilib. Film Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə “Sağlam gəncliyə doğru” İctimai Birliyi tərəfindən çəkilib.

Əvvəlcə tədbir iştirakçıları “Oxu!” sənədli filmini izləyiblər.

Daha sonra tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı “Oxu!” sənədli filminin gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib. M.Qurbanlı  qeyd edib ki, dinimizin radikalizm və ekstremizm kimi hallara alət olunması yolverilməzdir. Avropada islamofobiya meyillərinin genişlənməsinin və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu diqqətə çatdıran Komitə sədri vurğulayıb ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən M.Qurbanlı söyləyib ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün eyni şərait və bərabər münasibət yaradır.

Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqlarının yaradıldığını diqqətə çatdıran M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan etməsi ilə bütün dünyaya həmrəylik mesajı verdi.

Respublikamızda dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan Komitə sədri deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, eləcə də radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. O, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” “Şəhadət” və “Vəhdət” sənədli filmlərinin radikalizmə qarşı mübarizədə maarifləndirmə baxımından önəmli rola malik vurğulayıb.

Tədbirdə “Oxu!” sənədli filminin ssenari müəllifi Orxan Fikrətoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək filmin əhəmiyyətindən danışıb, gənclərin İslam dinin dəyərlərini dərindən mənimsəməyə və dini xurafata və radikalizmə qarşı fəal olmağa çağırıblar.

Daha sonra tədbir diskussiya şəraitində davam edib və gəncləri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv