YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hafiz Paşayev: ADA Universitetinin kampusu yaşıl enerji və smart texnologiyası əsasında qurulub

ADA Universitetinin kampusu yaşıl enerji və smart texnologiyası əsasında qurulub.

Bu sözləri ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dekabrın 10-da Azərbaycanda ilk dəfə keçirilən aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda deyib.

"Hazırda yaşıl enerji və bu sahənin inkişafı üçün texnologiyalar dünyada geniş yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart texnologiyası əsasında qurulub. Ümumilikdə, 50 faiz enerji bu mənbələrdən, xüsusilə geotermal enerji mənbələrindən əldə edilir. Hazırda ADA Universitetində yeni binalar da inşa olunur. Bütün bu texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin təcrübə və biliklərinin artırılmasına öz təsirini göstərir", - deyə Hafiz Paşayev bildirib.