YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi əsas hədəflərdən biridir

“Azərbaycan Prezidentinin inkişaf strategiyasının əsas istiqamətləri sırasında ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə yanaşı, genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə olunması xüsusi qeyd edilməlidir”. Bu fikri iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib  ki, bu sahədə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatlar aparılıb və təşviq mexanizmlərinin tətbiqinə başlanılıb. O, sənayedə istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, təbii resursların sənayenin müxtəlif sahələrinin, o cümlədən ağır sənaye və maşınqayırma, tikinti, kimya, qida və digər sahələrin inkişafında rolunu xüsusi vurğulayıb.

“Mövcud potensial və imkanlar barədə sahibkarlıq subyektlərində aydın təsəvvürün formalaşdırılması, onların təbii resurslardan istifadə imkanlarının genişləndirilməsi məqsədilə mərkəzləşdirilmiş reyestr yaradılır. Hazırda bu istiqamətdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumları ilə birlikdə müvafiq işlər görülür”-deyə, nazir müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv