YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstanlı nazir: Xəzər İnnovasiya Konfransı İKT sektorunda qlobal çağırışların müzakirəsi üçün əlverişli platformadır

Xəzər İnnovasiya Konfransı İKT sektorunda qlobal çağırışların müzakirəsi üçün əlverişli platformadır.

Bu sözləri Əfqanıstanın rabitə və informasiya texnologiyları naziri Şahzad Gul Ayrobi dekabrın 5-də “Bakutel-2018" beynəlxalq sərgi çərçivəsində işə başlayan Xəzər İnnovasiya Konfransındakı çıxışında deyib.

O bildirib ki, hazırda Avrasiyada bir çox ölkənin açıq dənizə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışı yoxdur. Bu baxımdan Xəzər İnnovasiya Konfransı rəqəmsal bağlantı həllərinin biznes çevrələrinə və vətəndaşlara verəcəyi töhfələr baxımından böyük əhəmiyyətə malikdir. Konfrans İKT sektorunda qlobal çağırışların və yeni nailiyyətlərin müzakirəsi üçün əlverişli platformadır.

Nazir dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in əhəmiyyəti və üstünlüklərindən də danışıb.