YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beybit İsabayev: Qazaxıstanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində tutduğu mövqeyi dəyişməzdir

Qazaxıstanın Bakıdakı səfirliyində Birinci Prezident Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə Milli Məclisin deputatları, xarici diplomatik missiyaların nümayəndələri, ictimaiyyət xadimləri, ziyalılar və ölkənin aparıcı KİV-in təmsilçiləri iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev qeyd edib ki, müstəqillik illərində Qazaxıstan mürəkkəb inkişaf və genişmiqyaslı islahatlar yolu keçib, böyük nailiyyətlər əldə edib. O, Qazaxıstanın hazırda dinamik inkişaf edən iqtisadiyyata malik müasir dövlət, beynəlxalq proseslərin fəal iştirakçısı, regional və qlobal təşəbbüslərin müəllifi olduğunu deyib.

Diplomat çətin dövrlərdə Nursultan Nazarbayevin ölkənin inkişafa doğru irəliləməsindəki rolundan danışıb, dövlət başçısının səyləri sayəsində qısa müddətdə Qazaxıstanın inkişaf etmiş ölkələr sırasına çıxdığını vurğulayıb.

İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Beybit İsabayev qeyd edib ki, Qazaxıstanın Azərbaycan ilə dostluq və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində tutduğu mövqeyi dəyişməzdir.