YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi Bakıya gəlib

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” gəmiləri oktyabrın 16-da Bakıya gəlib.

Səfər çərçivəsində gəmilərin komandanlığının və şəxsi heyətinin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəyi, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşəcəyi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacağı gözlənilir.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.