YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İranın rabitə və informasiya texnologiyaları naziri “Bakutel 2018”də iştirak edəcək

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cəvad Cəhromi “Bakutel 2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak etmək üçün bu gün Azərbaycan Respublikasına səfər edəcək.

Məhəmməd Cəvad Cəhrominin dekabrın 4-7-də Bakıda keçiriləcək "Bakutel" sərgisi ilə tanış olacağı və "Kaspian innovasiya konfransında” çıxış edəcəyi gözlənilir. Həmçinin o, Azərbaycan, Türkiyə, Rusiya və İran rabitə nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək, adıçəkilən ölkələrin rabitə nazirləri ilə ikitərəfli görüşlər keçirəcək, əməkdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparacaq.

“Bakutel 2018”də 14 İran şirkəti iştirak edəcək.

 

DİGƏR Xəbərlər Arxiv