YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: Azərbaycan daha beş ölkədə Ticarət Evi açacaq

Azərbaycan xaricdə ticarət evlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Bunu İxracatçılar Klubunun ticarət evlərinin fəaliyyətinə həsr olunmuş iclası zamanı iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan daha beş ölkədə ticarət evləri açacaq: “2018-ci ilin sonuna kimi Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstanda ticarət evlərinin açılması planlaşdırılır”.