YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlət başçısının sərəncamı şəhid ailələrinə və müharibə əlillərinə yüksək qayğının göstəricisidir

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  imzaladığı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam bu kateqoriyaya aid insanlarının rifahının daha da yüksəlməsi baxımından mühüm addımdır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Onun sözlərinə görə, dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun.

«Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu faktı bir daha təsdiqləyir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu siyasətin davamlı olduğunun növbəti göstəricisidir. Bu, o deməkdir ki, ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasət davamlı xarakter daşıyır»-deyə, komitə sədri vuruğlayıb.