YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

«Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi dövlətimizin, şəxsən  Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğısının növbəti parlaq nümunəsidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev uğurla davam etdirilir. Onun sözlərinə görə, son illərdə minlərlə insana mənzil və avtomobil təqdim olunub. Avqustun 1-də isə Lökbatan qəsəbəsində 23 mənzil Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilib.

«Həmçinin, 136 vətəndaşa “Khazar LX” avtomobili verildi. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev qayğıya ehtiyacı olanların sosial məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin kateqoriyadan  olan minlərlə insanın sosial vəziyyəti daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır»-deyə, S.Əliyeva vurğulayıb.