YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara əsla meydan vermək olmaz

“Azərbaycan nəinki regionda hətta bütövlükdə dünyada insan hüquq və azadlıqlarının, din və vicdan azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu bir ölkədir. Çox maraqlıdır ki, Azərbaycanı dini dözümüsüzlükdə və din xadimlərinə qarşı sərt davranmaqda ittiham edən bir qrup radikal ünsür bu tolerant mühitdən sui-istifadə edərək əslində özləri kimi radikalları və terrorçuları müdafiə edirlər”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

“Hələ bu azmış kimi üstəlik məsələni bir də siyasiləşdirərək siyasi hakimiyyəti də özlərinə görə şantaj edirlər. Ancaq bunu elə ibtidai formada edirlər ki, kimdən sifariş aldıqları və nə məqsədlə etdikləri çox aydın şəkildə görünür. Ona görə də nə həqiqi dindarlar, nə də cəmiyyətimizin ictimai fəal fərdləri əsla bu antiazərbaycan təbliğatına fikir vermirlər”,-deyə Hikmət Babaoğlu vurğulayıb. Deputat qeyd edib ki, son vaxtlar sosial şəbəkələrdə aktivləşən bu informasiya terrorçuları əslində ölkəmizdə fiziki terroru həyata keçirənlərin informasiya dəstəkçiləridirlər və eyni mərkəzdən idarə olunurlar. Hədəf Azərbaycanın milli və dövlət maraqlarıdır, hədəf ölkəmizdəki inkişaf və sabitlikdir.

 “Ancaq bu da hələ hamısı deyil. İnformasiya terrorçularının əsas hədəflərindən bir də siyasi hakimiyyətdir. Dini məsələlərdə həmişə məzhəb kimi həssas məsələləri istismar edərək silaha çevirən radikallar siyasi məsələdə də Dağlıq Qarabağ probleminin həlli kimi həssas mövzunu silaha çevirməyə cəhd edirlər. Bu da təsadüfi deyil. Hazırda Azərbaycan iqtidarının uzunmüddətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç vaxt olmadığı qədər münbit şərtlər yaranmaqdadır. Siyasi prosesləri yaxıdan izləyənlər bunu yaxşı görürlər. Həmin dini radikalları gizlədən və himayə edən mərkəzlər isə bu problemin həllini əsla istəmirlər. Çünki problem həll olunarsa, onların Azərbaycana təzyiq rıçaqlarından biri əllərindən çıxar. Ona görə də din pərdəsi adı altında siyasi şantaj vasitəsilə aranı qarışdırmağa cəhd edirlər. Eyni zamanda, onların məqsədlərini ifşa edən informasiya vasitələrini xüsusi olaraq hədəfə alırlar. Yəni, fərdi qaydada ayrı-ayrı subyektləri susdurmaqla onları ifşa edən informasiya resurslarına dərs vermək istəyirlər. Ancaq Azərbaycanda bu mümkün deyil. Çünki kütləvi şüur belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Ölkəmizdə savadlı və vətənpərvər dindarlar ordusu var ki, onlar da belə radikalların dini şüurumuzu manipulyasiya etmələrinə yol verməzlər. Ancaq əlbəttə ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara da əsla meydan vermək olmaz”-deyə, H.Babaoğlu vurğulayıb.