YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrina Dubtsova: “Jara” Festivalı möhtəşəm təşkil olunub

“Jara-2018” festivalı möhtəşəm təşkil olunub. Hər bir incə detal yüksək səviyyədə nəzərə alınıb. Bu möhtəşəm musiqi bayramının bir parçası olduğum üçün çox şadam.

Bu sözləri jurnalistlərə müsahibəsində “Jara-2018”in iştirakçısı, Rusiyanın tanınmış müğənnisi İrina Dubtsova deyib.

Bakıda 2004-cü ildə olduğunu qeyd edən İrina Dubtsova ötən müddət ərzində şəhərimizin sürətlə inkişaf etdiyini, çox gözəlləşdiyini bildirib. O deyib: “İnsanlarınız elə əvvəlki kimi qonaqpərvərdirlər. Burada Şərqin və keçmişin ruhu qorunub saxlanılıb. Şəhərin qədim küçələrində yenidən gəzmək istəyirəm. Qədimliklə müasirliyin harmoniyası insanı valeh edir. Burada əsl dostluq ab-havası mövcuddur. Azərbaycanlılara təşəkkür edirəm”.