YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Ölkəmizdə təhsilin inkişafı bilik və bacarıqlı gənc nəslin yetişdirilməsində özünü ifadə edir

«Təhsil sistemində inteqrasiya, təhsil standartlarının müasirləşdirilməsi və keyfiyyətin artırılması daim diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, ölkəmizdə təhsilin inkişafı bilik və bacarıqlı gənc nəslin yetişdirilməsində özünü ifadə edir. Onun sözlərinə görə, bu  istiqamətində böyük nailiyyətlər əldə olunub.

«Bu kontekstdə həyata keçirilən tədbirlər, heç şübhəsiz, insan resurslarından səmərəli istifadə olunmasına - insan kapitalının formalaşdırılmasına fundamental töhfələr verir. Hər bir ölkənin inkişafında elm və təhsilin keyfiyyəti mühüm rol oynayır. Dövlət başçısının irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi prinsipinə uyğun olaraq Azərbaycanda yüksək intellektual səviyyəyə malik sağlam, vətənpərvər nəslin formalaşmasında, yüksək peşəkarlığa malik ixtisaslı kadrların hazırlanmasında, elmin müxtəlif sahələrinin inkişaf etdirilməsində, biliyə əsaslanan iqtisadiyyata keçidin sürətləndirilməsində təhsil sahəsində aparılan islahatların əhəmiyyəti böyükdür. Əlbəttə ki, bu islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir. Xüsusilə də gənclərin ixtisaslı kadr - mütəxəssis kimi formalaşdırılması istiqamətində konkret əməli tədbirlər görülür. Gənclərin cəmiyyətin ayrı-ayrı sahələrində səmərəli fəaliyyət göstərmələri istiqamətində proqramların hazırlanaraq tətbiq olunması, eləcə də onların xaricdə təhsil alaraq mütəxəssis kimi formalaşmaları üçün davamlı tədbirlərin görülməsi təqdirəlayiq haldır»-deyə, D.Cəbrayılova qeyd edib.