YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2015-2016-cı illərdə MDB-nin humanitar əməkdaşlıq sahəsində Tədbirlər Planı Minskdə müzakirə ediləcək

Oktyabrın 9-da Belarus paytaxtındakı “Prezident otel”də MDB iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası olacaq. Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, iclasda 2015-2016-cı illərdə MDB-nin humanitar əməkdaşlıq sahəsində Tədbirlər Planı müzakirə ediləcək.

Mətbuat xidmətində bildiriblər: “Birlik ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri əvvəlcə Dövlət Başçıları Şurasının müzakirəsinə təqdim edilən bir sıra sənədlərə baxacaqlar. Bundan əlavə, iclasın gündəliyində MDB iştirakçısı olan dövlətlərin 2015-2016-cı illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının və 2020-ci ilə qədər olan dövrdə MDB iştirakçısı olan dövlətlərin turizm sahəsində əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üzrə 2015-2017-ci illər üçün tədbirlər planının layihələri də vardır”.

Ertəsi gün, oktyabrın 10-da Mİnskdə MDB Dövlət Başçıları Şurasının iclası olacaq. Sammitin gündəliyində humanitar sahədə, təhlükəsizliyin təmin edilməsi və digər sahələrdə dövlətlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş sənədlərin layihələri vardır.

Ən mühüm sənədlərdən biri 1941-1945-ci illərin Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 70-ci ildönümü münasibətilə dövlət başçılarının Birlik iştirakçısı olan dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciətinin layihəsidir.

MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyində bir sıra başqa məsələlər də vardır.