YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Dörd ayda Azərbaycanda qeyri-neft ixracı 20 faizədək artıb

Bu ilin ilk dörd ayında Azərbaycanda qeyri-neft ixracı 20 faizə qədər, qeyri-neft ÜDM-i isə 3 faizədək artıb, həm fiskal, həm də tədiyə balansında dayanıqlılıq müşahidə edilir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iyunun 5-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

İcraçı direktor qeyd edib ki, Azərbaycanın əsas tərəfdaşlarının milli valyutalarında son aylardakı dalğalanmalar manatda təkrarlanmayıb, inflyasiya cilovlanaraq təkrəqəmli həddə endirilib. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in 2018-ci ildə 4 faiz, 2019-cu ildə 3,2 faiz artacağını proqnozlaşdırır.