YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO generalları: Azərbaycan zabitləri Alyansın tərəfdaş ölkələrindən olan həmkarları üçün layiqli nümunədirlər

Azərbaycan zabitləri NATO-nun tərəfdaş ölkələrindən olan həmkarları üçün layiqli nümunədirlər.

Bu fikir mayın 23-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-mayor Odd Egil Pedersen və Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun ilə görüşündə səslənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə general-polkovnik Z.Həsənov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Alyansın müxtəlif proqramlarında, xüsusilə də Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında daim iştirak edirlər.

Qonaqlar Azərbaycanın NATO üçün vacib tərəfdaş olduğunu qeyd edərək Alyansın qərargahlarında xidmət keçən, müxtəlif proqramlarında iştirak edən Azərbaycan zabitlərinin bilik və bacarıqlarını yüksək qiymətləndiriblər. Ordumuzun şəxsi heyətinin yüksək peşəkarlığından və hazırlığından məmnun qaldıqlarını bildirən qonaqlar xüsusi qeyd ediblər ki, NATO-nun proqramları çərçivəsində keçirilən müxtəlif tədbirlərdə bilik və təcrübələrini bölüşən Azərbaycan zabitləri digər ölkələrdən olan həmkarları üçün layiqli nümunədirlər.

Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünüqiymətləndirmə üzrə səhra təlimini izləmək üçün ölkəmizdə olan NATO-nun generalları əvvəlki illərdə olduğu kimi, bu dəfə də təlimin uğurla başa çatacağına əminliklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv