YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Astanada keçirilən “KADEX-2018” beynəlxalq müdafiə sərgisində iştirak edir

Mayın 23-də Qazaxıstanın paytaxtı Astanada “KADEX-2018” beynəlxalq müdafiə sərgisi işə başlayıb.

Mayın 26-dək davam edəcək sərgidə Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sərginin açılışında çıxış edərək bildirib: “Qazaxıstan bütün yaxın və uzaq qonşular ilə mehriban qonşuluğun möhkəmlənməsinə yönəldilmiş sülhsevər siyasət yürüdür. Lakin dünyada hazırkı vəziyyətə görə ölkəmizin müdafiə qabiliyyətini möhkəmləndirməliyik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu məqsədə nail olmağa çalışırıq”.

Sərgidə müdafiə sənayesi kompleksi və kosmik sənaye sahəsində yerli və xarici müəssisələr, aparıcı dizayn büroları və informasiya təhlükəsizliyi sahəsində tədqiqat institutları iştirak edirlər.

“KADEX-2018” beynəlxalq müdafiə sənayesi sərgisində yenilik olaraq Qazaxıstanda Kosmos Günləri beynəlxalq forumu keçirilir.

Sərgidə ilk dəfə olaraq yerli və dünya kosmonavtika nailiyyətlərinə həsr olunan ayrıca pavilyon təqdim edilir.

Bu sərgidə ən böyük milli pavilyonla Türkiyə təmsil olunur.

 

DİGƏR Xəbərlər Arxiv