YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Hindistanda da qeyd edilib

Azərbaycanın Hindistandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə paytaxt Dehlidə rəsmi qəbul təşkil edib.

Səfirlikdən bildiriblər ki, tədbirdə Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Cavid Əkbər, digər hökumət rəsmiləri, parlamentin üzvləri, diplomatik korpusun, işgüzar dairələrin təmsilçiləri, mədəniyyət xadimləri ictimai fəallar, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə müsəlman Şərqində ilk dünyəvi, parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 23 aylıq qısa dövründə həyata keçirdiyi islahatlardan danışılıb. Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində dövlətçilik əsasları möhkəmləndirilib. Qeyd edilib ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz regionun aparıcı dövlətinə çevrilib. Tədbirdə qədim tarixi köklərə malik Azərbaycan-Hindistan münasibətlərindən də söz açılıb.

Mərasimdə Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkəmizdə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər haqqında videoçarxlar nümayiş etdirilib, dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə əlaqədar onun əsərlərindən parçalar səsləndirilib. Qonaqlara Azərbaycan haqqında nəşrlər paylanılıb.

 

DİGƏR Xəbərlər Arxiv