YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Saudi Aramco": Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq

Azərbaycanda Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək. Bu barədə "Saudi Aramco"nun baş ofisindən bildiriblər.

Şirkətdə deyiblər: "Dünyada ən iri neft istehsalçısı olan "Saudi Aramco" şirkəti Bakıda "Aramco Overseas Company Azerbaijan LLC" (Aramco AOC Azerbaijan) öz regional nümayəndəliyi qeydiyyata alıb. Bu ofis Mərkəzi Asiyada şirkətin bütün növ fəaliyyətinin həyata keçirilməsi və idarəsi üçün platforma olacaq".

Şirkətdən qeyd ediblər ki, "Aramco AOC Azerbaijan" əsasən neft-qaz, emal və onlarla bağlı xidmətlərin göstərilməsi üzərində cəmləşəcək, Mərkəzi Asiyada inteqrasiya olunmuş energetika və kimya sənayesi sektorunda əməkdaşlıq üçün imkanları üzə çıxarmaq üçün yeni biznesin inkişafı üzrə perspektivləri qiymətləndirəcək: "Saudi Aramco neft-qaz sahəsində, həm quruda, həm də dəniz şelfində kəşfiyyat və hasilat daxil olmaqla çoxillik təcrübəyə malikdir. İndi bu zəngin təcrübədən qazanc əldə etmək və bunu Azərbaycanda və Mərkəzi Asiyada strateji tərəfdaşlıq səviyyəsinə çatdırımaq zamanı gəlib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədəki sabitliyi, hakimiyyətin neft sənayesinə, energetikanın inkişafına və sürətli iqtisadi artıma hərtərəfli yardım göstərməsini nəzərə alaraq biz Bakıda ofis açmağı qərara aldıq".