YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Həyata keçirilən siyasət Azərbaycanın inkişafının yeni mərhələsində böyük nailiyyətlərlə müşaiyət olunur

«Sosial-iqtisadi inkişaf baxımından Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Bu hədəflərə nail olmaq üçün ölkəmizdə uğurlu siyasət həyata keçirilir». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, hazırda dünyada baş verən proseslər fonunda ölkəmizin zəruri tədbirlər həyata keçirməsi çox təqdirəlayiqdir. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər yeni şəraitə uyğun olaraq sosial-iqtisadi sferanı əhatə edir.

«Həyata keçirilən siyasət Azərbaycanın inkişafının yeni mərhələsində böyük nailiyyətlərlə müşaiyət olunur. Hazırda  aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Nəzərə alsaq ki, dünyada qlobal maliyyə-iqtsadi böhran davam edir, ölkəmizdə həyata keçirilən siyasət Azərbaycanın bu böhrandan minimum itki ilə çıxmasına imkan verib. Bütövlükdə isə reallaşdırılan tədbirlər sosial-iqtisadi dayanıqlılığın təmin olunmasına xidmət edir. Bu qarşıdakı dövrlərdə də belə olacaq»- deyə, İ.Məmmədov qeyd edib.   

DİGƏR Xəbərlər Arxiv