YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Azərbaycan irimiqyaslı regional layihələrin müəllifi və təşəbbüskarıdır

«Uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib». Bu fikri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzvüdür, irimiqyaslı regional layihələrin müəllifi və təşəbbüskarıdır. Onun sözlərinə görə, qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradıb.

«Genişmiqyaslı işlər nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün də sürətli iqtisadi inkişaf davam edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır», - deyə komitə sədri qeyd edib.