YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdülrəhman Saad: Azərbaycan dünya birliyində layiqli yer tutmuş müasir demokratik dövlətdir

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Azərbaycan xalqının həyatında mühüm tarixi mərhələ olub. Həmin dövrdə Azərbaycanda demokratik ənənələrin əsası qoyulub.

Misirin Xarici Məsələlər Şurasının üzvü, görkəmli ictimai xadim, professor Əbdülrəhman Saad bu fikirləri AXC-nin 100 illik yubileyi münasibətilə söyləyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünya birliyində layiqli yer tutmuş müasir, müstəqil, demokratik dövlətdir. O deyib: “Azərbaycanda bu yaxınlarda beynəlxalq standartlara müvafiq şəkildə, demokratik və azad şəraitdə keçirilmiş prezident seçkiləri ölkənizdə demokratiyanın yüksək səviyyədə olmasını göstərən parlaq sübut oldu. Azərbaycan xalqı səsvermədə fəal iştirak etdi və seçicilərin əksəriyyəti Prezident İlham Əliyevə səs verdi. Bu seçkilər bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz liderinə yüksək etimad bəsləyir və onun fəaliyyətinin yalnız ölkənin rifahına yönəlməsinə əmindir. Prezident seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilərin nəzarəti altında, şəffaf şəkildə və hər hansı qayda pozuntusu olmadan keçirildi. Şübhəsiz, bütün bunlar ölkədə demokratiyanın yüksək səviyyədə olmasını əks etdirir”.

Ə.Saad xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev həmişə Azərbaycan xalqının müstəqilliyini və bütün hüquqlarını müdafiə edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qaytarılması çərçivəsində ölkənin ərazi bütövlüyünün bərpası üçün böyük səy göstərir. O vurğulayıb: “Bu münaqişənin tənzimlənməsi bütün Qafqaz regionunda sülhə və sabitliyə aparan yoldur”.

Əbdürrəhman Saad qeyd edib ki, müsəlman dünyasının bir hissəsi olan, nüfuzlu və firavanlasan Azərbaycan, bir sıra aktual məsələlərdə müsəlman ölkələrini həmişə dəstəkləyir. Misirdə Azərbaycanın uğurlarına ürəkdən sevinirlər.