YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Mayın 4-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

İclasda “Torpaq islahatı haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Mədəniyyət haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Mühasibat uçotu haqqında”, “Sosial sığorta haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.

Bundan başqa, iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək. Həmçinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Deputatlar “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini də müzakirə edəcəklər.