YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycan dövləti Xalq Cümhuriyyətinin irsinə böyük ehtiramla yanaşır

«Azərbaycan dövləti Xalq Cümhuriyyətinin irsinə böyük ehtiramla yanaşır. Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər də buna nümunədir». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Onun sözlərinə görə, müəyyən dairələr müstəqilliyimizin bərpası məsələsində kimlərisə yanlış olaraq fərqləndirməyə çalışırlar.

«Söhbət «istiqlalçı deputatlar» adlandırılan şəxslərlə bağlıdır. O dövrdə parlamentin 350 deputatı olub. Həmin deputatların hamısı Azərbaycanın müstəqilliyi haqqında Konstitutsiya Aktına səs veriblər. Ona görə də, kiminsə müstəqilliyimizin əleyhinə səs verməsi haqda deyilənlər yanlışdır.   «İstiqlalçı deputatlar»a gəlincə, bu SSRİ-nin saxlanması haqda referendumun keçirilib-keçirilməməsi ilə bağlı qərarla bağlıdır. Yəni bu məsələ müstəqilliyimizin elan olunmasına aid deyil.  Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin. İndi kim hansı partiyanın üzvüdür özü bilər. Amma hər halda bu məsələyə son qoyulmalıdır. Həmin dövrdə «demblok» və «komblok» yaratmışdılar. Digər deputatların isə hüquqları pozulurdu. Burada insanları bir-birindən ayırmaq olmaz. Məgər o vaxt kommunist olanların ürəyindən Azərbaycanın müstəqil olması keçmirdi? Bu məsələyə birdəfəlik son qoyulmalıdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv