YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: AŞ PA Azərbaycanın uğurlarına qara eynəkdən baxır

Azərbaycan AŞ PA-nın üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməlidir.

Bunu YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb:

"Xüsusilə Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçiridiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib. Təbii ki, görülən tədbirlər öz bəhrəsini verir. Bu sahədə əldə etdiyimiz uğurlar xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər, dövlət rəsmiləri və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilir. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən AŞ PA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. Qurumun ayrı-ayrı deputatların fərziyyələri, gümanları üzərində qurulmuş subyektiv mülahizələri əsasında Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı son hesabatı da bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, bu hesabat ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır”.

O deyib ki, bu cür hesabatlar bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir: “Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən “təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa. AŞ PA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞ PA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir. Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək”.

DİGƏR Xəbərlər Arxiv