YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın “terrafemina-com” internet portalında Azərbaycanda qadın hüquqlarından bəhs edən məqalə yerləşdirilmişdir

Aprelin 29-da Fransanın “terrafemina-com” internet portalında “Qadın hüquqları: Azərbaycan yaxşı yoldadır” sərlövhəli məqalə yerləşdirilmişdir.

Məqalədə qeyd olunur ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində mühüm işlər görülmüş, qadınlar üçün geniş imkanlar yaradılmışdır.

Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qədim və dünyəvi ölkə olduğu diqqətə çatdırılan məqalədə Şərq dünyasında ilk demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığının 1918-ci il may ayının 28-də elan edildiyi, bu dövrdə ölkənin Qərb təsisatlarına uyğun hüquqi bazasının yaradıldığı, dünyanın inkişaf etmiş ölkələrindən olan Fransadan xeyli əvvəl qadınlara seçib-seçilmək hüququnun verildiyi xüsusi vurğulanır.

Müstəqillik illərində ölkənin sürətlə modernləşdiyinin xatırlandığı məqalədə Azərbaycanın Qərb dəyərlərinə maraq göstərdiyi, son 20 ildə həqiqi modernləşmə prosesi aparıldığı, Avropa Şurasının həqiqi üzvü kimi, qurumun prioritetləri olan insan haqları, bərabərlik, tolerantlıq və müxtəliflik prinsiplərinin ölkənin daxili siyasətinin əsas meyarlarını təşkil etdiyi haqda fransız oxucularına məlumat verilir.

Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı konkret addımların atıldığı vurğulanan məqalədə bu istiqamətdə mühüm işlərin görüldüyü diqqətə çatdırılır.

Məqalədə Azərbaycanda qadınların parlamentdə 16 faiz, məhkəmə orqanlarında 14 faiz təşkil etdiyi, qadın və uşaqların hüquqlarının müdafiəsi ilə əlaqədar 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı bildirilir.

ATƏT tərəfindən aparılan araşdırmalara istinad edilən məqalədə 2004-2009-cu illərdə bələdiyyələrdə təmsil olunan qadınların sayının 4 faizdən 26,5 faizə yüksəldiyi vurğulanır.

Məqalənin sonunda gender bərabərliyi məsələləri ilə məşğul olan Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə elmləri namizədi Kifayət Ağayevanın son illər cəmiyyətdə qadınların rolunun artdığına və onların hüquqlarının dövlət tərəfindən qorunduğuna dair fikirlərinə istinad edilmişdir.