YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Knessetin deputatı: Bir çox ölkələr Azərbaycanın seçki təcrübəsindən yararlana bilər

Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəlib. Sechki-2018.az saytının xəbərinə görə, bunu  seçkiləri müşahidə edən İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov deyib.

Onun sözlərinə görə, missiya iki saat yarım ərzində bir neçə seçki məntəqəsində olub: “Deyə bilərəm ki, səsvermə prosesi hər hansı bir qüsur və ya pozuntu olmadan keçir. Fəallıq yüksək səviyyədədir və çoxlu müşahidəçilər var. Bütün bunlar onu bildirir ki, şəffaf seçkilərin keçirilməsi üçün düzgün təşkilatçılıq nəzərdə tutulub”.

Deputat hesab edir ki, bir çox ölkələr Azərbaycanın prezident seçkilərini təşkil etmək təcrübəsindən yararlana bilər: “Fikrimcə, mən də zəruri təcrübə əldə edəcəm və İsrailə qayıdanda seçki prosesinin təşkil olunması barədə təkliflər irəli sürə bilərəm”.