YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Parlamentinin deputatı: Azərbaycanda prezident seçkiləri ədalətli, şəffaf və demokratik keçir

Azərbaycanda prezident seçkiləri ədalətli, şəffaf və demokratik keçir. Seçici məntəqələrində bütün lazımi şərait yaradılıb, müasir avadanlıq quraşdırılıb.

Bu fikirləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 nömrəli seçki məntəqəsində seçkiləri izləyən ATƏT PA-nın Çexiyadan olan müşahidəçilər qrupunun üzvü, Çexiya Parlamentinin deputatı Zdenek Ondraçek bildirib.

Z.Ondraçek deyib: “Qrupumuzun işindən məqsəd Azərbaycan Respublikasında keçirilən prezident seçkilərinin gedişi ilə tanış olmaq, həmçinin müşahidələrin nəticəsi barədə hesabat hazırlamaqdır. Hazırda biz təşkilatçılığın səviyyəsindən razıyıq, seçicilərin yüksək fəallığını xüsusilə qeyd etmək istərdim”.