YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda prezident seçkiləri başlayıb

Aprelin 11-də səhər saat 8.00-da Azərbaycan Respublikasının prezidenti seçkiləri başlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.

MSK sədri bildirib ki, 125 seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində normal səs vermək üçün Seçki Məcəlləsinin tələblərinə uyğun hər cür şərait yaradılıb. Prezident seçkilərində 5 milyon 300 mindən çox seçici 5 min 641 məntəqədə səs verəcək. Onlardan 41-i Azərbaycanın hüdudlarından kənardadır. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək.

Gün ərzində beş dəfə “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin MSK-nın internet səhifələrində yerləşdiriləcək.

Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə ümumi məntəqələrin 18 faizi deməkdir. Seçki prosesinin gedişini minə yaxın beynəlxalq müşahidəçi bütün məntəqələrdə maneəsiz izləyəcək. Yerli müşahidəçilərin ümumi sayı isə 58 mindən artıqdır. Çoxsaylı xarici kütləvi informasiya vasitəsi də seçkilərin işıqlandırılmasında iştirak edir.

Səsvermə saat 19:00-da başa çatacaq.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra prezident seçkiləri başlanıb.

 

DİGƏR Xəbərlər Arxiv