YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda YAP-ın seçki kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Naftalanda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Naftalan  şəhər təşkilatının sədri Hatəm Qocayev partiyamızın namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, apardığı uğurlu daxili və xarici siyasətdən danışıb. Natiq naftalanlıların 11 apreldə seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi sənab İlham Əliyevə -səs verəcəyini bildirib.

Çıxış edən YAP Naftalan şəhər təşkilatının Qadınlar Şurasının sədri Afət Cabbarova deyib ki, xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyinə kimsədə şübhə yoxdur. Çünki Azərbaycan 2003-cü ildən bu vaxtadək Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Odur ki, xalqımız son 15 ildə qazanılmış nailiyyətlərin davamına səs verəcək.

Görüşdə həmçinin, YAP Naftalan şəhər təşkilatının Gənclər Birliyinin sədri Aynurə Novruzovavə digər natiqlər çıxış edərək vurğulayıblar ki, naftalanlılar həmişə dövlətə, dövlətçiliyə və Prezidentimiz cənab İlham Əliyevə öz sədaqətlərini göstəriblər və seçki günü hamı bir nəfər kimi seçki məntəqələrinə gələcək və YAP-ın namizədinə səs verəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv